AmCDm
Gözlərim hər axşam axtarır səni,
EAm
Ürəyim yollardan qayıtmır evə,
AmCGDm
Sənsiz dalğalar da tanımır məni,
FE
Neyləyim ürəyim heç yatmır evə.
Nəqarət
AmCDm
Payız gəldi, uçdu getdi quşlar,
EAm 2
Sən də getdin, bax yağdı yağışlar.
CA7Dm
Payız gəldi, qərib oldu dəniz,
EAm
Bu dənizin gözü yaşlı sənsiz. 2
AmCDm
Küçələr, döngələr izindən qalır,
EAm
Yarpaq pıçıltısı sənin səsindi,
AmCGDm
İşıqlar zil qara gözündən qalır,
FE
Bu şirin xatirə mənim bəsimdi.
Nəqarət
AmCDm
Özümü aldadıb hər axşam-səhər,
EAm
Elə bu havanı oxuyuram mən,
AmCGDm
Vallah səndən ötrü çox darıxmışam,
FE
Başqa nə gəlir ki, axı əlimdən?
Nəqarət
AmCDm
Dostlarım bilirlər nələr çəkirəm,
EAm
Hər axşam könlümü alırlar mənim,
AmCGDm
Hər dəfə qapımı döyən zaman qəm,
FE
Dostlarım həmdəmim olurlar mənim